Kənd Təsərrüfatı və Qida

TÜİB-in Kənd təsərrüfatı və heyvandarlıq sektoru Komissiyası aqrar sahədə islahatları, bu sahədəki yenilikləri və baş verən prosesləri öyrənir, təhlil edir. Bu sektorda bir neçə il əvvəl başlayan islahatlar aqrar sahənin ciddi inkişafına imkan yaradıb. Hazırda Azərbaycanın kənd təsərrüfatı – bitkiçilik və heyvandarlıq sahəsində Türkiyə şirkətləri, türk investorları və mütəxəssisləri geniş təmsil olunurlar. Aqrar sahədə aparılan islahatlarda Türkiyə təcrübəsindən fadalanırlar. Son dövrlərdə dünyada və regionda baş verən proseslər ərzaq təhlükəsizliyinə diqqəti daha da artırıb. TÜİB-in Kənd təsərrüfatı və heyvandarlıq sektoru Komissiyası bu sahədəki tendensiyaları, aqrar sahənin inkişafı və bu sahəyə yatırım imkanlarını öyrənir, təqdimatlar hazırlayır.


Komissiya sədri - Savas Uzan