Sənaye və Ticarət

TÜİB-in Sənaye Komissiyası Azərbaycanın son vaxtlar böyük diqqət yetirilən sənaye sektoru və onun ayrı-ayrı sahələrini təqib edir, bu sahədəki göstəriciləri analiz və təhlil edir. Ölkədə sənaye məhsullarının istehsalı, tətbiqi və ixracı üçün mövcud vəziyyəti öyrənir, eləcə də bu sahədə inkişaf üçün potensial imkanları, sənayecə inkişaf etmiş ölkələrin, o cümlədən Türkiyənin qabaqcıl təcrübəsinin tətbiqi imkanlarını öyrənir.
TÜİB-in Ticarət Komissiyası Azərbaycan və xarici ölkələr arasında xarici ticarət, ixrac-idxal proseslərini, bu sektordakı inkişaf meyarlarını araşdırır. Koronavirus pandemiyasından sonra bütün dünyada xarici və yerli ticarətin əhəmiyyəti, təhlükəsizliyi ilə bağlı tələblər artıb.
Komissiya öz işində Azərbaycanın və Türkiyənin xarici tərəfdaşları ilə xarici ticarətinin xüsusiyyətlərini, tendensiyalarını araşdırır və gələcək inkişaf imkanı ilə bağlı proqnozlar hazırlayır.


Komissiya sədri - Necmeddin Taşbağ