Page 33 - sehifeler_Layout 1
P. 33

{N-2`2018} 31



              AzərbAycAndA cocA-colA-nın

              sAtışlArı kəskİn Artıb

               “Coca-Cola  İçecek  A.Ş.  (CCI)”  “The  Coca-Cola
            Company (TCCC)” markalarından ibarət olan qazlı və
            qazsız içkilərin istehsalı və  satışını həyata keçirir. CCI
            şirkəti  Türkiyə,  Pakistan,  Qazaxıstan,  Azərbaycan,
            Qırğızıstan,  Türkmənistan,  İordaniya,  İraq,  Suriya
            və  Tacikistanda  fəaliyyət  göstərir.  “Azərbaycan  Co-
            ca-Cola Bottlers” MMC “Coca-Cola İçecek A.Ş. (CCI)
            şirkətinə bağlıdır.

               “Coca-Cola  İçecek  AŞ”  xəbər  verir  ki,  ötən  il
            şirkətin  Orta  Asiyada  cəmi  satışları,  Qazaxıstan  və
            Azərbaycandakı güclü satışlar ilə əlaqədar olaraq 7%
            artıb. Maliyyə böhranından sonra Qazaxıstanda satış-
            lar 17,5% artım ilə indiyə qədərki ən yüksək rəqəmə
            çatıb.








                                                                “cocA-colA” FİFA dünyA kubokunu

                                                                AzərbAycAnA Gətİrİb


                                                                   FIFA  Dünya  Çempionatının  kuboku  TÜİB  üzvü
                                                                olan Coca-Cola şirkəti ilə bu ölkədə uzunmüddətli
                                                                tərəfdaşı olan AFFA birgə əməkdaşlığı çərçivəsində
                                                                Azərbaycana gətirilib. Kubokun ölkəmizə səfəri Co-
                                                                ca-Cola-nın xüsusi təyyarəsi ilə həyata keçirilib.
                                                                   Futbol üzrə dünya kubokunun Bakıya gətirilməsi
                                                                ilə əlaqədar Fransa millisinin tanınmış futbolçuların-
                                                                dan olmuş Kristyan Karanbö da ölkəmizdə səfərdə
                                                                olub.
                                                                   Dünya çempionatının Kubokunun əsli Azərbay-
                                                                can prezidentinə təqdim olunub.
                                                                   Kubok  futbol  üzrə  dünya  çempionatı  Kuboku-
                                                                nun  sahibi,  Fransa  yığma  komandasının  keçmiş
                                                                oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kris-
               Regionda ən böyük ikinci bazar olan Azərbaycanda   tian Karanbö tərəfindən təqdim edilib.
            isə, qazlı içkilər kateqoriyasında güclü artım ilə cəmi
            satışlar  27,2%  artım  qeyd  edib. Türkmənistanda  sa-
            tış həcmi isə, makroiqtisadi mühitdəki yavaşlama və
            digər problemlər ilə bağlı olaraq 45,8% geriləyib.

            Ötən ilin son rübündə isə şirkətin Azərbaycanda satış
            həcmi 34,7 faiz artım qeyd edib.

               Ötən  il  “Coca-Cola  İçecek  AŞ”nin  cəmi  satışları
            4,1% artıb. Şirkətin qazlı içkilər satışında 3,3%, qazsız
            içkilərdə  8,5%  və  çay  kateqoriyalarında  20,9%  artı-
            ma nail olarkən, su kateqoriyasının satış həcmi 3,2%
            azalıb.  Türkiyə  əməliyyatlarının  ümumi  satış  həcmi
            içindəki payı 2016-ci ildə 51% olduğu halda, 2017-ci
            ildə 50% olaraq reallaşıb.
   28   29   30   31   32   33   34   35   36   37   38