Türkiyədə səfərdə olan şəhid ailələrinin iştirakı ilə TÜİB-in Ankara ofisində axşam yeməyi təşkil olunub.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB), “YAŞAT” Fondunun təşkilatçılığı və Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları”nın dəstəyi ilə şəhid ailə üzvlərinin Ankaraya səfəri davam edir. Bu səfər çərçivəsində, 1 sentyabr 2024-cü il tarixində TÜİB-in Ankara ofisində təntənəli axşam yeməyi təşkil olunub. Tədbirdə Türkiyə Cümhuriyyəti Əmək və Sosial Müdafiə Nazirinin müavini Ahmet Aydın, Kənd Təsərrüfatı və Meşəçilik Nazirinin müavini Ebubekir Gizligider, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini və Trabzon millət vəkili Mustafa Şen, general-leytenant Yaşar Kadıoğlu və digər yüksək rütbəli generallar iştirak edib. Səmimi və qardaşlıq ab-havasında keçən tədbirdə, qonaqlar şəhid ailələrinin üzvləri ilə yaxından söhbət edib, onların qayğı və istəklərini dinləyiblər.Tədbir zamanı Türkiyə və Azərbaycan arasında mövcud dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsi, eləcə də şəhid ailələrinə göstərilən diqqətin vacibliyi bir daha vurğulanıb.

Tarix
4 Sentyabr 2024
Baxış: 152
Digər xəbərlər