"Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) Ankarada reallaşdırdığı layihə başa çatıb.
Tuib xəbərləri
"Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) Ankarada reallaşdırdığı layihə başa çatıb.
"Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) Ankarada reallaşdırdığı layihə başa çatıb. "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB), “YAŞAT” Fondunun təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə gerçəkləşən şəhid ailə üzvlərinin Ankara səfəri başa çatıb. 30 Avqust - Zəfər Bayramı ərəfəsində və “Tək millət, tək ürək” şüarı ilə reallaşdırılan layihə çərçivəsində Cebeci Hərbi Şəhidliyi və Hacı Bayram Vəli məscidi ziyarət olunub. İştirakçılar Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbiri ziyarət ediblər. Anıtqəbir məqbərəsi inşa olunana kimi Atatürkün nəşinin qorunduğu Ankara Etnoqrafiya Muzeyi də ziyarət olunub. Ekskursiya çərçivəsində Batıkənd rayonu və Ankaranın Heydər Əliyev parkı ziyarət olunub. Qonaqlar TÜİB-in Ankara ofisinə baş çəkib, ardınca rəsmi şam yeməyinə qatılıblar. Şəhid ailələri ilə görüşdə Ədalət və İnkişaf Partiyasının sədr müavini Mustafa Şen, əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın, kənd təsərrüfatı və meşə nazirinin müavini Abubekir Gizligider, Türkiyə Respublikasının Ombudsmanı Şeref Malkoç da yer alıblar. Layihə iştirakçıları səfər çərçivəsində “Türkiye Harp Malulü Gaziler Şehit Dul ve Yetimleri Derneği” və Türkiye Muharip Gaziler Derneyi"nin sədri və nümayəndələri ilə də görüşüblər. Həyata keçirilən layihələrimizin məqsədi Azərbaycan və Türkiyə şəhid ailələrini və qaziləri bir araya gətirmək, onlara mənəvi dəstəyimizi göstərməklə qardaşlıq bağlarımızın daha möhkəmləndirilməsidir. Məqsədimiz layihəni davamlı şəkildə həyata keçirmək, hər iki ölkənin müqəddəs əmanətlərinə diqqət və qayğımızı göstərməkdir.
Digər xəbərlər
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyin (TÜİB) İdarə Heyətinin üzvü, Səhiyyə Komissiyasının sədri və Asfarma şirkətinin direktoru Ender Kavukla görüş keçirildi.
Türkiyədə səfərdə olan şəhid ailələrinin iştirakı ilə TÜİB-in Ankara ofisində axşam yeməyi təşkil olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) və “YAŞAT” Fondunun təşkilatçılığı ilə Ankarada olan Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.