Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) tərəfdaşlıq etdiyi Azərbaycan Ticarət Forumu keçirilib.
Tuib xəbərləri
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) tərəfdaşlıq etdiyi Azərbaycan Ticarət Forumu keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) tərəfdaşlığı, “PAŞA Holding”in dəstəyi ilə Azərbaycan Ticarət Forumu keçirilib. “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunmuş forumda rəsmi şəxslərin, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyət və imkanlar, KOB-ların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Forumda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlar, dövlət dəstəyi alətləri və güzəştlər, yerli məhsulların ixracı sahəsində mövcud vəziyyət və bu sahədə yeniliklər, KOB-ların idxal və ixracdakı mövqeyi və potensialı barədə fikirlərini bölüşüblər. Həmçinin tədbirdə qeyd edilib ki, KOB-ların ticarət və logistika sahəsində inkişafına dəstək olmaq, bu sahədə dövlət-biznes dialoqunun davamlı xarakter daşıması üçün Azərbaycan Ticarət Forumu çərçivəsində müxtəlif tədbirlər keçiriləcək. Forumun ənənəvi olaraq növbəti illərdə də təşkil olunması nəzərdə tutulur. Tədbir çərçivəsində yeni ticarət və investisiya imkanlarının, Azərbaycanın qlobal bazarlara inteqrasiyasının sürətləndirilməsi yollarının müzakirə olunduğu panel müzakirə də təşkil olunub, sahibkarların sualları cavablandırılıb.
Digər xəbərlər
Bakıda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilər Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) tərəfindən ziyarət edilib.
Kıbrıs Raporu bülleteninin icraçı direktoru Mert Özdeş və hüquq müdafiəçisi və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət ediblər
Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) növbəti Ənənəvi İşgüzar Səhər Yeməyi tədbirində T.C. Cumhurbaşkanlığı Finans Ofisi Başkanı Prof. Dr. Göksel Aşan, AK Parti Genel Başkan Yardımcısı Mustafa Şen fəxri qonaq olaraq iştirak edib.