Bakıda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilər Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) tərəfindən ziyarət edilib.

Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı "Rebuild Karabakh", 29-cu Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild", 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku" sərgiləri öz işinə başlayıb. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədi Hüseyin Büyükfırat sərgidə yer alan qurumun üzvlərinin stendlərini ziyarət edib. "BakuBuild" sərgisinin qızıl sponsoru Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvü "NB Group" ("Corella" brendi) şirkətidir. İnşaat, tikinti materialları, interyer, keramika və üz daşı, döşəmələr və s. kimi sahələrdə ixtisaslaşmış olan "NB Group" şirkəti, Xəzər İnşaat Həftəsinin ənənəvi iştirakçısıdır və artıq illərdir bu tədbirin sponsoru qismində çıxış edir. Mühüm şirkətlərin uzun illər boyu sərgiyə dəstəyi və etimadı, tədbirin əhəmiyyətinin və inşaat sektoruna verdiyi töhfənin göstəricisidir. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvü Erset Platform stendi ziyarət edilib, fəaliyyəti barədə ətraflı məlumat alınıb. Erset Platformunun məqsədi satış və marketinq şəbəkəsini bütün dünyaya yaymaq olduğunu bildirən Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Mehmet Ali Yıldız Erset Platformu bu günə qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Rusiya, İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Rumıniya, Kosovo, İran və Anqolaya çatmağı bacardığını qeyd edib. "Aquatherm Baku" sərgisi enerjinin idarə olunması sistemləri, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, günəş enerjisi, hava nəmləndiriciləri, hava qızdırıcıları (kaloriferlər), içməli su istehsalı, irriqasiya (suvarma) sistemləri, istilik izolyasiyası materialları, istilik sistemləri, kondisionerlər, nasoslar, qızdırıcılar, radiatorlar, saunalar, soyuducular, üzgüçülük hovuzları, ventilyatorlar və s. kimi sektorlar təqdim olunur. "Aquatherm Baku" sərgisində iştirak edən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvü TARSA Group şirkəti ən son texnologiya ilə təchiz edilmiş, ətraf mühitə həssas, innovativ həllər təklif edir. Şirkətin direktoru Yılmaz Nalkıran şirkətin fəaliyyət istiqaməti barədə ətraflı məlumat verib.

Tarix
17 Oktyabr 2024
Baxış: 14
Digər xəbərlər