Polatlı Ticarət Palatasının nümayəndə heyəti, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib.
Tuib xəbərləri
Polatlı Ticarət Palatasının nümayəndə heyəti, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib.
Azərbaycanda səfərdə olan Polatlı Ticarət Palatasının nümayəndə heyəti Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib. Görüşdə qonaqları TÜİB sədri Hüseyin Büyükfırat qəbul edib. Səmimi atmosferdə keçən görüş zamanı Hüseyin Büyükfırat Azərbaycandakı iş mühiti, sərmayə imkanları və biznes fəaliyyəti üçün yaradılan şərait barədə geniş məlumat verib. O, həmçinin iki qardaş ölkə arasındakı iqtisadi və ticari əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən layihələr və qarşıda duran perspektivlər haqqında danışıb. Görüş zamanı Polatlı Ticarət Palatasının nümayəndələri Azərbaycanın iqtisadi potensialı ilə bağlı maraqlandıqları sualları səsləndiriblər. Hüseyin Büyükfırat bu sualları ətraflı cavablandıraraq, Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafı, iş adamları üçün yaradılan şəffaf və səmərəli mühit, həmçinin azad edilmiş ərazilərdə yeni investisiya imkanları barədə fikirlərini bölüşüb. Bu cür görüşlər iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq perspektivlərinin yaranmasına zəmin yaradır.
Digər xəbərlər
Kars Ticarət Palatasının İdarə Heyəti üzvləri və nümayəndə heyəti, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib.
Bakıda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilər Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) tərəfindən ziyarət edilib.
Kıbrıs Raporu bülleteninin icraçı direktoru Mert Özdeş və hüquq müdafiəçisi və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət ediblər