Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin üzvü “L.B. Legal and Finance” MMC şirkətinin Azərbaycan Respublikasındakı filialı ziyarət edilib.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırat qurumun üzvü “L.B. Legal and Finance” MMC şirkətinin Azərbaycan Respublikasındakı filialını ziyarət edib. Görüş zamanı şirkət direktoru Lamiyə Bayramova ziyarət üçün öz təşəkkürünü bildirib, şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. 2008-ci ildə fəaliyyətə başlayan “L.B. Şirkətlər Qrupu”na - “L.B. Audit Xidməti” MMC, “L.B.Konsaltinq” MMC, “L.B. Legal and Finance” MMC, “L.B. Legal Partners” MMC və “İnvest Finance” MMC daxildir. Qrupa daxil olan şirkətlər Azərbaycan Respublikasında audit, vergi, hüquq və konsaltinq sahələrində 16 ildir ki, davamlı fəaliyyət göstərirlər. Həmçinin, Qrupa daxil olan audit şirkətləri isə Azərbaycan Respublikası Auditorlar Palatasından auditor fəaliyyətini həyata keçirməyə icazə verən lisenziyalar almışdır, hal‐hazırkı dövrə kimi fəaliyyət göstərir və müxtəlif ölkələrin təşkilatları ilə layihələri beynəlxalq standartlara müvafiq qaydada icra etmək məqsədilə əməkdaşlıq edir. “L.B.Audit Xidməti” şirkəti “LEA-Leading Edge Alliance Global” Azərbaycan təmsilçisidir. 1999-cu ildə qurulmuş LEA Global mühasibatlıq, maliyyə, audit və iş (hüquq) məsləhətçiliyi xidmətləri sahəsində fəaliyyət göstərir və 180-dən çox şirkət (firma) ilə yüksək keyfiyyətli əməkdaşlıq yaradan (və ya meydana gətirən) dünyanın ikinci ən böyük beynəlxalq təşkilatıdır (assosiasiya). LEA Global: 100 ölkədən 450-dən çox ofis ilə çalışaraq, mühasibatlıq, maliyyə, audit və iş (hüquq) məsləhəti xidmətləri üzrə məşğul olur və LEA Global firmalarının müştərilərinə 1600-dən çox tərəfdaşın və 23, 518 əməkdaşın bilik, bacarıq və təcrübəsinə çıxış imkanı verir.

Tarix
15 Yanvar 2025
Baxış: 31
Digər xəbərlər