Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er ilə görüş keçirilib.
Tuib xəbərləri
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er ilə görüş keçirilib.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, idarə heyətinin üzvü Ender Kavuk və TÜİB katibliyi Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er ilə görüş keçirib. Görüş zamanı Mehmet Süreyya Er qonaqları salamlayaraq TÜRKPA-nın yaranma tarixi, məqsədləri və Azərbaycandakı fəaliyyəti barədə ətraflı məlumat verib. O, Assambleyanın türk dövlətləri arasındakı əməkdaşlığı gücləndirmək və mədəni, iqtisadi, siyasi əlaqələri daha da inkişaf etdirmək üçün həyata keçirdiyi təşəbbüslərdən danışıb. Öz növbəsində Hüseyin Büyükfırat TÜİB-in fəaliyyət istiqamətləri, vizyonu və missiyası haqqında geniş məlumat verib. O, TÜİB-in Türkiyə və Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edərək gələcək planlar və layihələr barədə danışıb. Eyni zamanda, türk dövlətləri arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Görüşdə həmçinin türk dövlətlərinin qardaşlığının sarsılmaz və əbədi olacağı barədə fikir mübadiləsi aparılıb. Birgə fəaliyyətin türk dünyasının inkişafına böyük töhfə verəcəyi qeyd olunub.
Digər xəbərlər

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə görüşüb.

TÜİB İdarə Heyəti Dövlət Gömrük Komitəsinin sədri ilə görüşdü
.jpeg)
TÜİB və “Azərsun Holdinq” birgə layihələr və strateji əməkdaşlıq istiqamətlərini müzakirə etdi.