Bandırma Ticarət Palatasının nümayəndə heyəti Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib.
Tuib xəbərləri
Bandırma Ticarət Palatasının nümayəndə heyəti Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib.
.jpeg)
Bandırma Ticarət Palatasının nümayəndə heyəti Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib. Görüş zamanı qonaqları TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat səmimi qarşılayıb. Ziyarətdə Bandırma Ticarət Palatasının İdarə Heyətinin sədri Bahadır Çolak da iştirak edib. Görüş zamanı hər iki qurumun fəaliyyəti, əsas istiqamətləri və gələcək əməkdaşlıq imkanları haqqında geniş müzakirələr aparılıb. Hüseyin Büyükfırat Azərbaycandakı biznes mühiti, investisiya imkanları və Türkiyə şirkətləri üçün mövcud perspektivlər barədə ətraflı məlumat verib. O, Azərbaycanın iqtisadi potensialı, vergi və hüquqi sistemləri, habelə iş adamları üçün yaradılan əlverişli şərait haqqında danışaraq, qonaqların suallarını cavablandırıb. Görüş, Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi və yeni işbirliyi imkanlarının araşdırılması baxımından əhəmiyyətli olub.
Digər xəbərlər
.jpeg)
Türkiyə Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət ediblər.
.jpeg)
TÜİB üzvləri “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edir.

TİKA nümayəndələri TÜİB-i ziyarət edib