TÜİB-in Ənənəvi İşgüzar Səhər Yeməyi keçirildi
Tuib xəbərləri
TÜİB-in Ənənəvi İşgüzar Səhər Yeməyi keçirildi

TÜİB-in Ənənəvi İşgüzar Səhər Yeməyi keçirildi 26 aprel 2025-ci il tarixində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) növbəti Ənənəvi İşgüzar Səhər Yeməyi keçirildi. Səmimi və işgüzar atmosferdə təşkil olunan tədbirdə TÜİB üzvləri bir araya gələrək qarşılıqlı tanışlıq və əməkdaşlıq imkanlarını genişləndirmək imkanı əldə etdilər. Tədbir çərçivəsində TÜİB-ə yeni üzv olan Gedik Kaynak MMC və CJ ICM Logistics şirkətlərinə rəsmi üzvlük plaketləri təqdim edildi. Təqdimat zamanı hər iki şirkətin fəaliyyət sahələri və biznes istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verildi. Səhər yeməyində həmçinin TÜİB-in fəaliyyətində yeni bir mərhələ olan Hüquq və Maliyyə Departamentinin yaradılması ilə bağlı təqdimat keçirildi. Departamentin fəaliyyəti, məqsədləri və üzvlərə təqdim edəcəyi xidmətlər haqqında ətraflı məlumat verildi. Bu yeni strukturun əsas məqsədi üzv şirkətlərə hüquqi və maliyyə sahəsində dəstək göstərmək, onların fəaliyyətində əlavə güvən və dayanıqlılıq yaratmaqdır. Tədbir qarşılıqlı fikir mübadiləsi və yeni işgüzar əlaqələrin qurulması baxımından son dərəcə faydalı və məhsuldar keçdi.
Digər xəbərlər

TÜİB-də Türkiyənin sənaye nümayəndələri ilə görüş keçirilib

15 iyul 2016-cı il tarixində baş verən hadisələrin 9-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyində anım tədbiri keçirildi.

“Qardaş Ailə” layihəsi çərçivəsində şəhid Murat Üçözün ailəsi Azərbaycanda səfərdə