TÜİB Logistika və Gömrük Komissiyasının növbəti toplantısı keçirildi.
Tuib xəbərləri
TÜİB Logistika və Gömrük Komissiyasının növbəti toplantısı keçirildi.
.jpeg)
TÜİB Logistika və Gömrük Komissiyasının növbəti toplantısı keçirildi. 21 avqust 2025-ci il tarixində Azərbaycanda ilk inklüziv kafe olan Kashalata Cafedə TÜİB-in Logistika və Gömrük Komissiyasının növbəti toplantısı baş tutdu. Toplantı Komissiya sədri, Mobil Group şirkətinin direktoru Vüsal Xəlilov və TÜİB İdarə Heyətinin üzvü, İkra Logistika MMC-nin direktoru Günay Ağayevanın moderatorluğu ilə açıldı. İştirakçılar salamlandı və hər bir üzv öz şirkətini təqdim edərək tanışlıq mərhələsi həyata keçirildi. Komissiyanın fəaliyyət istiqamətləri və məqsədləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, Komissiyanın əsas məqsədi logistika sektoruna töhfə vermək, bu sahədəki yenilikləri və təcrübələri bölüşmək, üzvlər arasında sıx fikir mübadiləsi aparmaq və əməkdaşlığı gücləndirməkdir. Görüş zamanı logistika sektorunda mövcud problemlər və onların həlli istiqamətində təkliflər müzakirə olundu. Toplantıda komissiya üzvləri olan Abşeron Logistika Mərkəzi, Heritus Logistics, CJ-ICM FZCO Azərbaycan filialı, Gültekin Logistika MMC, Tüfekçi Lojistik, Nar Transport Services MMC, Atlantis Transport MMC və Lider Group Logistics rəhbər və nümayəndələri iştirak etdilər. Tədbirin sonunda Kashalata Cafenin həmtəsisçisi Natavan Məmmədova kafenin fəaliyyət konsepsiyası və inklüzivlik prinsipləri haqqında ətraflı məlumat verdi.
Digər xəbərlər

TÜİB-in İnşaat və İnşaat Materialları Komissiyası fəaliyyətə başladı

TÜİB-də Türkiyənin sənaye nümayəndələri ilə görüş keçirilib

15 iyul 2016-cı il tarixində baş verən hadisələrin 9-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyində anım tədbiri keçirildi.