TÜİB-in Sənaye və Ticarət Komissiyası fəaliyyətə başladı.
Tuib xəbərləri
TÜİB-in Sənaye və Ticarət Komissiyası fəaliyyətə başladı.

TÜİB-in Sənaye və Ticarət Komissiyası fəaliyyətə başladı. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) Sənaye və Ticarət Komissiyası 22 avqust 2025-ci il tarixində keçirilən ilk toplantı ilə rəsmi olaraq fəaliyyətə başladı. İclasda TÜİB idarə heyətinin üzvləri – Kartaş MMC şirkətinin baş direktoru Necmeddin Taşbağ, Tar Sa Yapı Group-un təsisçi-direktoru Yılmaz Nalkıran, "Otokoç Azərbaycan” MMC-nin direktoru Kerem Demir və sənaye ilə ticarət sahəsində fəaliyyət göstərən digər üzv şirkətlərin nümayəndələri iştirak etdilər. Toplantının əvvəlində iştirakçılar öz şirkətlərini təqdim edərək fəaliyyət istiqamətləri, istehsal və xidmət sahələri, həmçinin əməkdaşlıq potensialları barədə ətraflı məlumat verdilər. Bu təqdimatlar üzvlərin bir-birini daha yaxından tanıması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli oldu. Daha sonra yeni yaradılmış Sənaye və Ticarət Komissiyasının məqsəd və hədəfləri üzvlərə təqdim olundu. Komissiyanın əsas hədəfi Azərbaycan iqtisadiyyatına töhfə vermək, beynəlxalq təcrübələrə əsaslanaraq yerli bazarın modernləşdirilməsinə dəstək göstərmək, yerli və xarici iş adamları ilə əməkdaşlıq imkanlarını genişləndirmək, sənaye və ticarət sahəsində fəaliyyət göstərən üzv şirkətlərin daha səmərəli şəkildə koordinasiyasını təmin etmək və sektor daxilindəki aktual problemləri müzakirə edərək həll yolları tapmaq üçün şərait yaratmaqdır. İclas zamanı həmçinin qeyd olundu ki, komissiya mütəmadi toplantılar keçirəcək, üzvlərin rəy və təkliflərini toplayaraq vahid platformada müzakirə edəcək və sektorun inkişafı ilə bağlı ideyaları dövlət qurumlarına təqdim edəcək. Sənaye və Ticarət Komissiyası olaraq inanırıq ki, yaradılan bu komissiya gələcəkdə sənaye və ticarət sektorunun daha da güclənməsinə, üzvlər arasında əməkdaşlıq və koordinasiyanın dərinləşməsinə, həmçinin Azərbaycanın iqtisadiyyatında bu sahənin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcəkdir.