"İzmir Ticarət Palatası" TÜİB ofisini ziyarət edib.
Tuib xəbərləri
"İzmir Ticarət Palatası" TÜİB ofisini ziyarət edib.

Azərbaycan və Türkiyə arasında ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafı çərçivəsində Türkiyə Ticarət Nazirliyinin dəstəyi ilə həyata keçirilən UR-GE Kimya Layihəsi çərçivəsində 27-30 sentyabr 2022-ci il tarixləri arasında Bakı şəhərində səfərdə olan "İzmir Ticarət Palatası" TÜİB ofisini ziyarət edib.
Görüşdə İzmir Ticarət Palatasının üzvləri, TÜİB İdarə heyətinin sədri Hüseyin Büyükfırat, sədr müavinləri Lokman Biter, Necmeddin Taşbağ və TÜİB üzvləri iştirak edib.
Ziyarət zamanı kimya sektoru ilə məşğul olan Palata üzvləri Türkiyə və İzmiri iqtisadi və kommersiya cəhətdən tanıdaraq, Azərbaycan bazarında yeni və daimi kommersiya tərəfdaşlıqları qurmaq barədə geniş müzakirələr aparıb.
Digər xəbərlər
12 Sentyabr 2025

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə görüşüb.
11 Sentyabr 2025

TÜİB İdarə Heyəti Dövlət Gömrük Komitəsinin sədri ilə görüşdü
2 Sentyabr 2025
.jpeg)
TÜİB və “Azərsun Holdinq” birgə layihələr və strateji əməkdaşlıq istiqamətlərini müzakirə etdi.