TÜİB-də Türkiyə PA-nın Maliyyə Ofisinin rəhbəri ilə görüş keçirildi.
Tuib xəbərləri
TÜİB-də Türkiyə PA-nın Maliyyə Ofisinin rəhbəri ilə görüş keçirildi.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyində (TUİB) Türkiyə Respublikasının Prezidentinin Maliyyə Ofisinin rəhbəri Prof.Dr. Göksel Aşan ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev, TÜİB sədrinin vəkili Savaş Uzan, sədr müavinləri Lokman Biter, Necmeddin Taşbağ, Avni Demirci və digər İdarə Heyəti üzvləri iştirak edib. Maliyyə Ofisinin rəhbəri bu ilin əvvəlində Türkiyədə baş vermiş zəlzələ ilə bağlı göstərdikləri yardımlara və təbii fəlakət bölgəsindəki fəaliyyətlərinə görə TÜİB sədri Hüseyin Büyükfırata və “Makro 2000” Şirkətlər Qrupunun rəhbəri Lokman Biterə təşəkkür edib. Görüş çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Türkiyə Ticarət Nazirliyinin və TÜİB-in ortaq təşkilatçılığı ilə dekabrın 21-də keçiriləcək Böyük İş Forumu ilə bağlı görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.
Digər xəbərlər

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə görüşüb.

TÜİB İdarə Heyəti Dövlət Gömrük Komitəsinin sədri ilə görüşdü
.jpeg)
TÜİB və “Azərsun Holdinq” birgə layihələr və strateji əməkdaşlıq istiqamətlərini müzakirə etdi.