Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin üzvü "Assan-STP Panel" MMC ziyarət edilib.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin üzvü "Assan-STP Panel" MMC ziyarət edilib. Görüş zamanı qonaqları salamlayan Mehmet Barış Okyay ziyarət üçün təşəkkür edərək, şirkətin fəaliyyət istiqaməti haqqında geniş məlumat verib. Nəzərinizə çatdıraq ki, "Sandviç panel sektorunda fəaliyyət göstərən Assan Panel 1990-cı ildə İstanbulun Tuzla rayonunda ildə 4 milyon m2 potensiala malik ilk fabriki ilə istehsala başlamışdır. İllər ərzində öz potensialını artırmaq üçün investisiyalar yatırmağa davam edən Assan Panel yüksək potensiala malik müəssisələrə investisiya qoyuluşlarını həyata keçirmişdir. 2021-ci ildə isə Türk əsilli respublikalardakı ilk investisiya qoyuluşunu həyata keçirmiş və STP (Sumqayıt Texnologiyalar Parkı) ilə tərəfdaşlıq etməklə, Azərbaycandakı müəssisəsinin fəaliyyətlərinə başlamışdır. Assan Panel poliuretan dolğulu panellərlə yanaşı, yanğına qarşı müqavimətə malik PIR və daş yunu dolğulu, soyuducu kameralar, dam və divarlar üçün sandviç panel məhsulları, günəş enerjisi ilə işləyən sistemlərin quraşdırılması üçün hazır panellər, müxtəlif layihələr üçün istehsal etdiyi yardımçı vasitələr, polikarbonat işıqları, bolt çeşidlərindən ibarət olan birləşdirici elementlər, sızdırmazlıq və dolğu məhsullarından ibarət olan, inşaatda istifadə edilən kimyəvi maddələrdan ibarət məhsulları vasitəsilə dayanıqlı və ekoloji təmiz binaların inşa edilməsinə töhfə verməkdədir.

Tarix
23 Aprel 2024
Baxış: 149
Digər xəbərlər