“YAŞAT” Fondu və TÜİB-in birgə təşkilatçılığı ilə Türkiyənin Bursa və Ankara şəhərlərindən 28 şəhid ailəsi üzvü Azərbaycana səfər edib

“YAŞAT” Fondu və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Türkiyə Savaş Əlili, Qazilər, Şəhid Dul və Yetimləri Dərnəyinin Bursa və Ankara şöbəsindən 28 şəhid ailəsi üzvü 26-28 may 2024-cü il tarixlərində Azərbaycana səfər edib. Məqsəd azərbaycanlı və türkiyəli şəhid ailə üzvlərini bir araya gətirməklə ölkələrimiz arasındakı mövcud əməkdaşlığı genişləndirməkdir. YAŞAT” Fondu və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Türkiyə Savaş Əlili, Qazilər, Şəhid Dul və Yetimləri Dərnəyinin Bursa və Ankara şöbəsindən 28 şəhid ailəsi üzvü Azərbaycanda səfərdə “Tək millət, tək ürək” şüarı ilə reallaşan təşəbbüs çərçivəsində məlumatlandırma və mədəniyyət mübadiləsi, dəstək tədbirləri istiqamətində birgə müzakirələr, eləcə də Şuşa şəhərinə səfər nəzərdə tutulur. Bursa Savaş Əlili, Qazilər, Şəhid Dul və Yetimləri Dərnəyinin sədri Qazi Haşim Sivri bu təşəbbüsü yüksək qiymətləndirib, Azərbaycan və Türkiyə şəhid ailələrinin bir araya gətirməklə qardaşlıq bağlarımızın möhkəmləndirildiyini bildirib. 28 May - Müstəqillik Gününə həsr olunan layihə çərçivəsində qonaqlar öncə Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini və İkinci Fəxri xiyabanı ziyarət ediblər. Hərbi Qənimətlər Parkında şəhid ailə üzvlərinə Vətən müharibəsi zamanı əldə edilmiş qənimətlər barədə məlumat verilib. Bakı şəhəri ilə tanışlıq çərçivəsində isə Bulvar ərazisinə və İçərişəhərə ekskursiya edilib. Səfər “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin dəstəyi ilə baş tutub.

Tarix
31 May 2024
Baxış: 84
Digər xəbərlər