29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisində TÜİB də iştirak edib.
Tuib xəbərləri
29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisində TÜİB də iştirak edib.

4-6 iyun tarixlərində Azərbaycanda region üçün mühüm əhəmiyyət daşıyan Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri keçirilib. Açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən sərgidə TÜİB İdarə Heyəti üzvü "İkra Logistika MMC", üzvləri "Kolin Inşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi” və "Tekfen" şirkətlərinin və TÜİB-in stendi də yer alıb. Uğurla həyata keçirilən tədbirin təşkilatçısı TÜİB üzvü “Caspian Event Organisers” şirkətini təbrik edir, müvəffəqiyyətlərinin davamlı olmasını arzulayırıq.
Digər xəbərlər
.jpeg)
Türkiyə Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət ediblər.
.jpeg)
TÜİB üzvləri “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edir.

TİKA nümayəndələri TÜİB-i ziyarət edib