Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişovun iştirakı ilə TÜİB-in növbəti B2G formatlı tədbiri keçirilib.
Tuib xəbərləri
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişovun iştirakı ilə TÜİB-in növbəti B2G formatlı tədbiri keçirilib.
11 iyun 2024-cü il tarixində TÜİB üzvü Asfarma şirkətinin konfrans salonunda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişovun iştirakı ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) növbəti B2G formatlı tədbiri keçirilib. Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli, Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov, Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdiri Əlipaşa Mirzəyev, Layihələrin idarə olunması departamentinin müdiri Elnur Məmmədov və Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial direktoru Hüseyn Paşayev və TÜİB üzvləri iştirak edib. Tədbirin əsas mövzusu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) davam edən islahatları və “Sosial Tərəfdaş” layihəsinin təqdimatı olub. Qonaqları salamlayan TÜİB sədri Hüseyin Büyükfırat Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birgə həyata keçirilən “Tək Millət Tək Ürək” Beynəlxalq Humanitar Platformasının bir hissəsi olan “Qardaş Ailə” layihəsi barədə məlumat verib, əməkdaşlığa görə öz təşəkkürünü bildirib. Himalay Məmişov qurumda baş verən son islahatlar və “Sosial Tərəfdaş” layihəsi haqqında geniş məlumat verib. 2023-cü ilin sentyabr ayından etibarən istifadəyə verilən layihənin sosial ödəniş alan hər bir şəxs üçün güzəşt və endirimlər nəzərdə tutduğunu bildirib. Ölkədə nağdsız ödənişləri stimullaşdırılması, əhalinin maliyyə savadlılığını artırılması, vətəndaşlar üçün yeni imkanlar yaradılması və dövlət-özəl tərəfdaşlığını inkişaf etdirilməsi məqsədilə yaradılan layihəyə dəstək göstərən şirkətlər sırasında TÜİB üzvlərinin də olduğu vurğulanıb, əməkdaşlıq üçün təşəkkür edilib. Sonda sahibkarları maraqlandırılan suallar cavablandırılıb.
Digər xəbərlər
Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" sənədli filminin təqdimat mərasimi olub.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er ilə görüş keçirilib.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin üzvü Tar Sa Yapı İnşaat ve Turizm DIŞ Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialını ziyarət edilib.