Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) növbəti “Ənənəvi İşgüzar Səhər Yeməyi” keçirildi.
Tuib xəbərləri
Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) növbəti “Ənənəvi İşgüzar Səhər Yeməyi” keçirildi.

Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) 20 iyul 2024-cü il tarixində qurumun üzvlərini və media nümayəndələrini növbəti ənənəvi işgüzar səhər yeməyi masası ətrafında toplayıb. Vaxtaşırı TÜİB-in təşkilatçılığı ilə keçirilən və artıq dəyərli ənənəyə çevrilən bu tədbirlər ictimai birliyin üzvlərinin bir-birini daha yaxından tanımasına, işgüzar, ticari və mədəni əlaqələrin daha da genişlənməsinə, cəmiyyətin biznes kəsiminin uğurlu networkinqinin yaradılmasına xidmət edir. Səmimi ab-havanın hakim olduğu bu dəfəki ənənəvi səhər yeməyində həm Türkiyə, həm də Azərbaycandan təmsil olunan iş adamları və sahibkarlar bir araya gələrək mümkün iş imkanları barəsində fikir mübadiləsi aparıblar, yeni layihələrin icrası ilə bağlı düşüncələrini bölüşüblər. İşgüzar səhər yeməyi masası ətrafında birliyə üzvlüyün faydalı perspektivləri haqqında, TÜİB vasitəsilə birgə fəaliyyətin gələcək iş və ticari imkanları daha da artırmağa yönəlməsi ilə bağlı səmərəli söhbətlər aparılıb. Sonda yaddaqalan tədbirdən xatirə fotoları çəkilib.
Digər xəbərlər

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Türkiyənin yeni səfiri ilə görüşüb.

Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" sənədli filminin təqdimat mərasimi olub.

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er ilə görüş keçirilib.