Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) və “YAŞAT” Fondunun təşkilatçılığı ilə Ankarada olan Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.
Tuib xəbərləri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) və “YAŞAT” Fondunun təşkilatçılığı ilə Ankarada olan Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.
.jpeg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) və “YAŞAT” Fondunun təşkilatçılığı ilə Ankarada olan Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb. Şəhid ailə üzvlərinin tək-tək əlini sıxan Ərdoğan, “Bütün şəhidlərimizin, inşallah, məkanı cənnət olsun” deyib. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov görüşdə iştirak edən şəhid ailələrini prezidentlə tanış edib, şəhidlər haqqında məlumat verib. Milli Müdafiə Universitetinin Hərbi Akademiyasında diplomların təqdim edilməsi mərasimində baş tutan görüşdə Türkiyənin dövlət başçısı şəhid ailələrini Prezident Sarayında keçiriləcək 30 Avqust Zəfər Bayramı konsert proqramına dəvət edib. Rəcəb Tayyib Ərdoğan daha sonra Azərbaycandan gələn heyət üzvləri ilə birgə şəkil çəkdirib. Həyata keçirilən layihələrimizin məqsədi Azərbaycan və Türkiyə şəhid ailələrini və qaziləri bir araya gətirmək, onlara mənəvi dəstəyimizi göstərməklə qardaşlıq bağlarımızın daha möhkəmləndirilməsidir. Məqsədimiz layihəni davamlı şəkildə həyata keçirmək, hər iki ölkənin müqəddəs əmanətlərinə diqqət və qayğımızı göstərməkdir.
Digər xəbərlər

D-8 QHT-lərinin ilk görüşündə Türkiyə-Azərbaycan İşadamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat panelist qismində iştirak edib.

TÜİB-in Ənənəvi İşgüzar Səhər Yeməyi keçirildi

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Prof.Dr. Birol Akgünün iştirakı ilə TÜİB-in “Ənənəvi İftar Proqramı” keçirilib.