Kars Ticarət Palatasının İdarə Heyəti üzvləri və nümayəndə heyəti, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib.
Tuib xəbərləri
Kars Ticarət Palatasının İdarə Heyəti üzvləri və nümayəndə heyəti, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib.

Azərbaycanda işgüzar səfərdə olan Kars Ticarət Palatasının İdarə Heyəti üzvləri və nümayəndə heyəti, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət etdilər. Nümayəndələri TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat qəbul etdi. Görüş zamanı Hüseyin Büyükfırat, Azərbaycandakı iş mühiti, biznes imkanları və iki ölkə arasında mövcud iqtisadi əməkdaşlıq barədə geniş məlumat verdi. O, həmçinin, qonaqların suallarını cavablandıraraq, Azərbaycan və Türkiyə arasındakı ticari əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi apardı. Bu cür qarşılıqlı səfərlər və görüşlər, iki qardaş ölkə arasındakı iqtisadi əməkdaşlığın dərinləşməsinə və biznes dairələri arasında yeni əlaqələrin qurulmasına töhfə verir. Kars Ticarət Palatasının səfəri, iki ölkənin sahibkarları arasında daha sıx əməkdaşlıq üçün yeni imkanlar yaratmaq məqsədi daşıyır.
Digər xəbərlər
.jpeg)
Bandırma Ticarət Palatasının nümayəndə heyəti Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib.

Türkiyə millət vəkilləri Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) ilə bir araya gəldi.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Türkiyənin yeni səfiri ilə görüşüb.