Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarında ekosistemin bərpasına verdiyi dəstəyə görə “Ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb.

8 fevral 2024-cü il tarixində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarında ekosistemin bərpasına verdiyi dəstəyə görə “Ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb. Mükafatı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev TÜİB sədri Hüseyin Büyükfırata təqdim edib. Nəzərinizə çatdıraq ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin 100 illiyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və TÜİB-in birgə təşkilatçılığı ilə TÜİB İdarə Heyətinin üzvləri “Makro2000”,”Məmmədoğulları QSC”, və “Kartaş MMC” şirkətlərinin sponsorluğu ilə Zəngilan rayonunda “Nəfəs” xatirə meşəsi salınmışdır. Ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və Qarabağın təbiətinin gözəlliyinin bərpa edilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 25 hektar ərazinin 5 hektarında Mr. Fix, 10 hektarında “Məmmədoğulları QSC və 10 hektarında “Makro 2000 Group of Company” olaraq 17.000 ədəd fidan əkilmişdir. Ekoloji şüurumuzu artıraraq ətraf mühitə daha həssas yanaşmalı və ekoloji layihələri dəstəkləyərək təbii tarazlığı qorumaq üçün səylərimizi davam etdirməliyik. Göstərilən dəstəyə görə TÜİB İdarə Heyəti üzvləri Lokman Biter, Necməddin Taşbağ, ve Azər Mirzəyevə təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzulayırıq. Layiq görüldüyümüz mükafata görə qürur duyur, təşəkkürümüzü bildiririk.

Tarix
8 Fevral 2024
Baxış: 243
Digər xəbərlər