“Qardaş Ailə” layihəsi çərçivəsində şəhidi mayor Əhədzadə İlkin Qələmşah oğlunun ailə üzvləri Türkiyəyə səfər edib.

Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edirik. TÜİB olaraq biz də şəhid və qazi ailələri ilə daim ünsiyyət saxlamağı, onları baş üstündə tutmağı özümüzün ən ümdə vəzifəmiz və borcumuz hesab edirik. Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birgə hazırladığımız "Qardaş ailə" layihəsi də məhz bu məqsədə xidmət edir. TÜİB olaraq həyata keçirdiyimiz "Tək Millət, Tək Ürək" Beynəlxalq Platforması çərçivəsində biz də ölkə ərazisində geniş vüsət almış bu kimi nəcib təşəbbüsləri davam etdiririk. Bu istiqamətdə uğurla həyata keçirilən dövlət siyasətinə az da olsa töhfə verməkdən qürur duyuruq. “Qardaş ailə” layihəsinin ilk ailəsi olan İkinci Qarabağ müharibəsi şəhidi mayor Əhədzadə İlkin Qələmşah oğlunun ailəsi Sivas Cümhuriyyət Universitetinin rektoru Prof.Dr. Alım Yıldızın dəvəti ilə 12-16 sentyabr 2022-ci ildə tarixlərində Sivasda qonaq olub. Şəhid Mayor İlkin Əhədzadənin ailəsini Sivas Valisi Sn. Dr. Yılmaz Şimşek, Sivas Bələdiyyə sədri Hilmi Bilgin vı Sivas Cumhuriyet Universiteti rektoru Prof.Dr. Alim Yıldız qəbul edib. Eyni zamanda Şəhid Mayor. İlkin Əhədzadənin ailəsi və Qardaş Ailəsi Şəhid Pilot baş leytenant Şükrü Pürlünün anası Neşe Pürlü və atası Feyzi Pürlü universtetdə bir araya gəliblər.

Tarix
15 Fevral 2024
Baxış: 279
Digər xəbərlər