İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə ölkədə ilk dəfə Milli Rəqabət Forumu keçirilib.
Tuib xəbərləri
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə ölkədə ilk dəfə Milli Rəqabət Forumu keçirilib.

11 iyul 2024-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə ölkədə ilk dəfə Milli Rəqabət Forumu keçirilib. Tədbirdə millət vəkilləri, məhkəmə orqanlarının nümayəndələri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri, Vəkillər Kollegiyasının üzvləri, ali təhsil müəssisələrinin nümayəndələri və TÜİB katibliyi iştirak ediblər. Forum ölkədə rəqabət sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatlar, rəqabətədavamlı iqtisadiyyatın inkişafı, o cümlədən rəqabət problemlərinə dair effektiv tənzimləmə üsulları və hüquqi alətlər ətrafında müzakirələrin aparılması məqsədilə təşkil olunub. Forum çərçivəsində ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının əsas istiqamətlərdən biri kimi müəyyən olunması diqqətə çatdırılıb. Bu xüsusda, cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş Rəqabət Məcəlləsinin ölkəmizin sosial-iqtisadi inkişaf məqsədlərinin reallaşmasına xidmət edən islahatlar sırasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Rəqabət və istehlakçı hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulu, emalı və çevik sənəd mübadiləsinin elektron qaydada əlçatanlığını təmin etmək üçün yaxın gələcəkdə yaradılması nəzərdə tutulan Elektron Rəqabət İnformasiya Sisteminin önəmi qeyd olunub. Forum panel müzakirələri ilə davam etdirilib. “Rəqabət siyasətinin iqtisadiyyata təsiri” mövzusunda paneldə moderatorluğu Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev edib. Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, “PAŞA” Holdinqin aparat rəhbəri Dəyanət Sədullayev və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılının iştirakı ilə panel müzakirələri keçirilib.
Digər xəbərlər

“Qardaş Ailə” layihəsi çərçivəsində şəhid Murat Üçözün ailəsi Azərbaycanda səfərdə

TÜİB-in VI Dönəm İdarə Heyəti Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri tərəfindən qəbul edilib
.jpeg)
Türkiyə Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət ediblər.