Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Ahmet Köse

Ahmet Köse

Ahmet Köse

İdarə Heyətinin üzvü

Ahmet Köse hazırda Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) Azərbaycan üzrə direktoru,TEKNOFEST Azərbaycan direktoru və ASAN Xidmət nəzdində həyata keçirilən “Bilim Azərbaycan” layihəsinin direktoru olaraq fəaliyyət göstərir. Onun rəhbərliyi dövründə “Bilim Azərbaycan” layihəsi çərçivəsində120.000-dən çox uşağın elm və texnologiya sahəsində təhsil alması təmin edilmiş, ölkədə elmi maariflənmənin artmasına əhəmiyyətli töhfələr verilmişdir. Eyni zamanda, universitet tələbələrinin TEKNOFEST və beynəlxalq texnologiya müsabiqələrində iştirakını təşviq etməklə Azərbaycanın bu sahədə beynəlxalq miqyasda təmsil olunmasına öncülük etmişdir. Kösənin rəhbərliyi ilə Azərbaycandan 4.206 komanda TEKNOFEST-ə müraciət etmiş, bu komandalar dünyanın 100-dən çox ölkəsinin qatıldığı dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olanTEKNOFEST-də 12 birincilik qazanmışdır. Gənc startapların layihələrini inkişaf etdirərək startap səviyyəsinə çatdırmaları üçün dəstək mexanizmlərinin yaradılmasına töhfə verməklə onların beynəlxalq sahibkarlıq ekosisteminə inteqrasiyasını dəstəkləmişdir.

Şirkət Haqqında

Türkiyə Texnologiya Komandası Vəqfinin məqsədi: İstedadlı gənclərin və hər yaş qrupundan insanların texnologiyanın inkişafı proseslərinə cəlb olunmasını təmin etmək; strateji əhəmiyyətinə, yüksək əlavə dəyərinə və ya qlobal rəqabət şərtlərinə görə milli və orijinal şəkildə istehsalı prioritet olan məhsul, sistem və komponentlərin hazırlanmasına yönəlmiş təşəbbüs,elmi-tədqiqat, layihə və fəaliyyətləri həyata keçirmək və dəstəkləmək; istedadlı gəncləri aşkar etmək və onları yetişdirmək; texnologiya sahəsində sahibkarlıq mədəniyyətinin inkişafına və bu sahələrdə aparılacaq elmi tədqiqatlara töhfə verməkdir.