Üzvlük faydaları
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) üzvü olaraq siz, həm Azərbaycan, həm də Türkiyənin iş dünyası ilə birbaşa əlaqələri gücləndirən geniş bir biznes ekosisteminin parçası olursunuz. Üzvlük aşağıdakı üstünlükləri təmin edir:
Biznes Şəbəkələşmə və Yeni Əməkdaşlıqlar
-
Hər iki ölkədən şirkət və iş adamı ilə əlaqə qurmaq imkanı
-
B2B görüşlər, işgüzar səfərlər və tanışlıq toplantılarında iştirak
Yüksək Səviyyəli Tədbirlərə Xüsusi Dəvətlər
-
Dövlət və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən forumlar və konfranslara prioritet dəvət
-
TÜİB-in təşkil etdiyi iclaslar, komissiya toplantıları, seminar və təlimlərdə iştirak
Şirkətin Tanıtımı və Media Görünürlüğü
-
TÜİB-in saytında və rəsmi kanallarında şirkət profilinin yerləşdirilməsi
-
Jurnallar, press-relizlər və media çıxışlarında üzv şirkətlərə öncəlik
Dövlət Qurumları ilə Körpü Rolunda Dəstək
-
Hər iki ölkənin nazirlikləri, agentlikləri və tənzimləyici qurumları ilə əlaqələrin qurulmasında dəstək
-
Rəsmi müraciətlərin hazırlanması və koordinasiya olunması