Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Azər Mirzəyev

Azər Mirzəyev

Azər Mirzəyev

İdarə Heyətinin üzvü

Azər Mirzəyev təsisçisi olduğu “Məmmədoğulları” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışır. 2010 cu ildə Respublikamızda Milli-mənəvi dəyərlərin qorunub, yaşadılmasındakı xidmətlərinə görə “Qız Qalası” Milli Mükafatı ilə təltif olunmuşdur. Azər Mirzəyev Orta Şərq Sülh Təşəbbüsünün 2015-ci ildə Yeruselimdə keçirtdiyi beynəlxalq sülh təşəbbüsü tədbirlərində iştirak etmişdir.
Türkiyə Cümhuriyyətində baş vermiş təbii fəlakətdə zərər çəkənlərə şəxsi təsisçi mənfəətindən maddi dəstək göstərmişdir. 15 il ərzində mebel sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışmış və özəl sektorda strateji layihələrə öncəlik vermişdir. Azər Mirzəyev TÜİB İdarə Heyətinin üzvlüyünə namizəd kimi biznes nümayəndələrinin hüquqlarını daha güclü müdafiə etməyi, üzvlər arasında əməkdaşlığı artırmaq və assosiasiyanın strateji təsirini genişləndirməyi qarşısına məqsəd qoyub.

Şirkət Haqqında

“Məmmədoğulları” Qapalı Səhmdar Cəmiyyəti 2004-cü ildə fəaliyyətə başlayıb. İlkdövrdə əsas fəaliyyət sahəsi müxtəlif növ mebellərin istehsalı olsa da, sonradan bununla yanaşı tikinti lisenziyası əsasında bir sıra Dövlət İdarələrində o cümlədən park və həyətyanı sahələrdə oyun qurğuları söhbətgahlar oturacaqlar və bu kimi bir sıra layihələrə tamamlanma işlərində köməklik etmişdir. Sektorun qabaqcıl şirkətlərindən biri olan “Məmmədoğulları” QSC hazırda 250 nəfərdən ibarət peşəkar kadrları ilə bir çox layihələrin gedişatını tamamlayır. Şirkətin gəlirlərindən “Yaşat” Fonduna o cümlədən Vətən müharibəsi zamanı Müdafiə Nazirliyinə dəstək olaraq ianələr olunmuş və müharəbə zamanı içməli su təchizatında dəstək olaraq hərbi hissələrə texnikalar göndərilmişdir. Eləcə də Qarabağ infrastrukturunun qurulmasına dəstək olaraq Zəngilan rayon ərazisində“Nəfəs” Xatirə Meşəsinin salınmasına böyük yardım etmişdir.