Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Hüseyin Büyükfırat

Hüseyin Büyükfırat

Hüseyin Büyükfırat

İdarə Heyətinin Sədri

Hüseyin Büyükfırat, hal-hazırda Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri vəzifəsində çalışır. 30 ilə yaxın bir müddətdir ki, Türkiyə-Azərbaycan münasibətləri sahəsində həm ticari, həm də ictimai və mədəni əlaqələrin qurulmasında aparıcı rollardan birini oynamış, hər iki ölkədə strateji təşəbbüslər irəli sürmüşdür.

İctimai fəaliyyətlərinə 1993-cü ildə tələbələr üçün kitab kampaniyası ilə başlayan Büyükfırat, 1994-cü ildə Azərbaycan Müsəlman Tələbələr Birliyini qurmuş, Qarabağ müharibəsi şəhidlərinə yardım aksiyalarına rəhbərlik etmiş və Azərbaycanda İHH və Milli Görüş Hərəkatının nümayəndəsi təyin olunmuşdur. Azərbaycanda Qız Quran Kursu, Hafizlik Mərkəzi, Ahıska Türklərinin kompakt şəkildə yaşadığı Saatlı rayonunda məscidin tikilməsi kimi təşəbbüslərə öncülük etmişdir.

Ticarət sahəsində isə o, Azərbaycandakı ilk özəl səhiyyə sərmayələrinə 1998-ci ildə başlamış, daha sonra “Büyükfırat Restoranlar Şəbəkəsi” ilə ölkədə “Halal Qida” və “Ailə restoranı” konsepsiyasını inkişaf etdirmişdir. 2006-cı ildə “İlin Gənc Sahibkar İş Adamı” seçilmişdir.

Tarix və mədəni irsin qorunmasına xüsusi önəm verən Hüseyin Büyükfırat, Kafkas İslam Ordusu şəhidlərinin məzarlarının bərpası, Xocalı soyqırımı ilə bağlı maarifləndirmə tədbirləri və elmi simpoziumlar həyata keçirmişdir.

İşğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində TÜİB və KOBİA tərəfindən “Cocuq Mərcanlı İnkişaf Layihəsi” hazırlanmış, mərkəzin açılışı Azərbaycan Respublikasının Prezienti Cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilmişdir. 2022-ci ildə Azərbaycan dövlətinə göstərdiyi üstün xidmətlərə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür.

Vətən müharibəsi zamanı “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması yaradılmış, platforma çərçivəsində Azərbaycanın 33 şəhərində 2.300-dən artıq şəhid və qazı ailəsi ziyarət edilmişdir. Bundan əlavə, 19 nəfər şəhid və qazı ailəsi üzvü olan azərbaycanlı tələbə Sivas Cümhuriyyət Universitetinə bakalavr təhsili almaq üçün göndərilmişdir.

İki ölkə arasında həm mədəni, həm də ticarət sahəsində güclü bağların qurulmasında əsas simalardan biri olan Hüseyin Büyükfırat, TÜİB İdarə Heyətinə sədrliyə namizəd olaraq, üzvlər arasında əməkdaşlığı gücləndirməyi və Azərbaycan-Türkiyə iqtisadi-sosial inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.

Şirkət Haqqında

Büyükfırat Şirkətlər Qrupu, 1998-ci ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərən və əsasən ictimai iaşə, sağlamlıq və sosial xidmətlər sahəsində ixtisaslaşmış bir şirkətlər birliyidir.

Anadolu mətbəxini təmsil edən “Büyükfırat Restoranlar Şəbəkəsi” ilə halal və ailəvi yemək konsepsiyasını Azərbaycanda ilk dəfə tətbiq edən şirkət, yerli bazarda keyfiyyətli xidmətləri və ənənəvi dadları ilə tanınır. Sağlamlıq sektorunda atdığı addımlarla da Azərbaycanda özəl səhiyyə xidmətlərinin inkişafına töhfə vermişdir.Şirkət hal-hazırda onlarla əməkdaşa iş imkanı yaradır və sosial məsuliyyət, mədəni irsin qorunması və cəmiyyətin inkişafına dəstək sahələrində fəallıq nümayiş etdirir.

TÜİB çərçivəsində aparılan təşəbbüslərdə aktiv iştirak edərək, iş dünyasının inkişafı və ortaq maraqların qorunması istiqamətində əməkdaşlığa böyük önəm verir.