Kerem Demir
Kerem Demir
İdarə Heyətinin üzvüKerem Demir, Otokoç Otomotiv-in törəmə şirkəti olan Avis Azərbaycan-da İdarə heyətinin sədri vəzifəsində çalışır. 15 ildən artıqdır ki, avtomobil sənayesində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, özəl sektorda strateji layihələrə rəhbərlik etmişdir. AMCHAM, AHK, TUİB və ATİB-in üzvüdür. Əvvəlki dövrlərdə 10 ildən artıq daxili audit əməliyyatlarında təcrübəyə malik olmuş, bir çox prosesin təkmilləşdirilməsi komandalarında iştirak etmişdir. Avtomobil sənayesi ilə yanaşı, turizm, mədənçilik, tikinti, media, telekommunikasiya, pərakəndə satış və digər sahələrdə də fəaliyyət göstərmişdir.İdarə heyətinə namizəd olaraq, risklərin idarə olunmasındakı təcrübəsini və dayanıqlı inkişaf istiqamətindəki baxışlarını idarəetmə proseslərinə gətirməyi qarşısına məqsəd qoyur.
- Şirkət Adı Otokoç Otomotiv
- Vəzifə İdarə heyətinin sədri
Şirkət Haqqında
Otokoç Otomotiv-in törəmə şirkəti olaraq Avis Azərbaycan, 1997 – ci ildən etibarən Azərbaycanda nəqliyyat vasitələrinin və filoların icarəsi sahəsində fəaliyyət göstərir. Yerli və beynəlxalq bazarda fəaliyyət göstərən şirkət 2.000-dən çox şəxsi işlə təmin edir.Otokoç Otomotiv, 9 ölkədə 100.000-dən çox, Azərbaycanda isə 2.400-dən artıq nəqliyyat vasitəsi ilə bazar lideridir. Avis, TÜİB çərçivəsində həyata keçirilən təşəbbüslərdə fəal iştirak etməyi, iş dünyasının davamlı inkişafı və ümumi maraqların qorunması baxımından mühüm hesab edir.