Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Şahin Məmmədov

Şahin Məmmədov

Şahin Məmmədov

İdarə Heyətinin üzvü

Şahin Məmmədov, PAŞA Holding-də Baş İcraçı Direktorun müavini, Aparat Rəhbəri vəzifəsində çalışır. 15 ildən artıqdır ki, bankçılıq, sığorta və ümumilikdə maliyyə sahəsində müxtəlif rəhbərlik vəzifələrində çalışmış, dövlət və özəl sektorda strateji layihələrə rəhbərlik etmişdir.2009-2014-cü illərdə Ş.Məmmədov “PAŞA Bank” ASC-nin Baş Maliyyə İnzibatçısı olaraq çalışıb. 2014-2018-ci illdərdə o, PAŞA Bank Gürcüstanın Baş İcraçı Direktoru vəzifəsində çalışıb və Bankın sıfırdan qurulmasında və inkişaf etməsində birbaşa iştirak edib. Bundan əlavə hazırda o, PAŞA Sığorta və PAŞA Həyatın Direktorlar Şuralarının, PAŞA Bank Azərbaycan,Türkiyə və Gürcüstanın isə Müşahidə Şuralarının üzvüdür. Azərbaycan Milli Elmlər Akademiyasından İqtisadiyyat üzrə fəlsəfə doktoru statusuna sahib olan Cənab Məmmədov eyni zamanda Diplomlu və Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür. Bundan əlavə, 2020-2023-cü illərdə Şahin bəy Amerika-Azərbaycan ticarət palatasının İdarə Heyətinin üzvü olub. Bu müddətdə Ş.Məmmədov bizneslərin təlabatlarını prioritetləşdirərək, ölkənin kiçik və orta bizneslərinin inkişafına töhfə verib. O, sözügedən qurumun Dayanıqlı İnkişaf komitəsinin fəaliyyətinə xüsusi diqqət ayırıb. Qeyd edək ki, Şahin Məmmədov davamlı inkişaf, qadın sahibkarlığı, ümumilikdə kiçik və ölkədə orta sahibkarlığın inkişafına önəm verir və hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının Riyasət Heyətinin üzvüdür.

Şirkət Haqqında

PAŞA Holding, 2006-cı ildən bəri fəaliyyət göstərir. Holdinq 20-dən çox törəmə şirkəti ilə, 5 ölkə və 10-dan çox sahədə fəaliyyət göstərir. PAŞA Holding, Baş İcraçı Direktorun müavini Şahin Məmmədov Holdinq 20-dən çox törəmə şirkəti ilə, 5 ölkə və 10-dan çox sahədə fəaliyyət göstərir. Şirkət 22 mindən çox insanı işlə təmin edir və innovasiya, davamlı inkişaf, insan kapitalının yetişdirilməsi mövzularına önəm verir. PAŞA Holding-in daim öz innovativ yanaşması, insan kapitalına verdiyi dəyər, eləcə də sosial məsuliyyətiilə fərqlənib. Regionun ən böyük innovasiya sammitinin yaradıcısı olan PAŞA Holding, eyni zamanda ölkədə kibertəhlükəsizlik məktəbinin, Kavkaz vençur kapital fondunun, Holbirton məktəbinin təsis edilməsində də birbaşa iştirak edib və ölkənin ekosisteminin inkişafına töhfə verib. 22000-dən çox əməkdaşın inkişafını öhdəlik götürərək PAŞA Holding əməkdaşlarının həm texniki, həm də liderlik bacarıqlarının təkmilləşdirilməsi üzərində çalışır. PAŞA Holding eyni zamanda öz sosial məsuliyyəti ilə fərqlənir. Təhsil, qadın sahibkarlığı, səhiyyə sahələrinə xüsusi önəm verərək, şirkət hər il onlarla million manat korporativ sosial məsuliyyət fəaliyyətlərinə ayırır və TÜİB çərçivəsində həyata keçirilən fəaliyyətlərə aktiv şəkildə töhfə verərək iş dünyasının inkişafına və ümumi maraqların müdafiəsinə yönəlmiş əməkdaşlığı vacib sayır.