Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Savaş Uzan

Savaş Uzan

Savaş Uzan

İdarə Heyəti sədrinin vəkili

30 ildən artıqdır beynəlxalq qida və əmtəə ticarəti sahəsində çalışan Savaş Uzan Yıldız Texniki Universitetinin Mühəndislik Fakültəsini bitirib. O, 25 il Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanda yerləşən qurumlarda baş direktor və İcraçı Direktorlar Şurasının üzvü kimi yüksək vəzifələrdə çalışıb. O, çalışdığı qurumları beynəlxalq və yerli tərəfdaşlıqlarda təmsil edib və beynəlxalq birgə müəssisələr üzrə idarə heyətinin üzvü olub. FMCG və beynəlxalq əmtəə ticarəti sahələrində böyük təcrübəyə malik olan Savaş Uzan 2008-ci ildən Azersun Holding-in İdarə Heyətinin üzvüdür. 25 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi"medalı ilə təltif edilmişdir.

Şirkət Haqqında

“Azərsun Holdinq” 1990-cı illərin əvvəlində Azərbaycanda bazar iqtisadiyyatına keçid dövründə fəaliyyətə başlamış və ölkənin aparıcı qida sənayesi şirkətlərindən birinə çevrilmişdir. Şirkətin əsası Abdolbari Gozal tərəfindən qoyulmuş, ilk olaraq bazarda ərzaq qıtlığının aradan qaldırılması ilə tanınmışdır.

1994-cü ildən etibarən xarici sərmayə ilə fəaliyyətini dayandırmış çay və yağ fabriklərini özəlləşdirərək müasir istehsal müəssisələrinə çevirmiş, sonrakı illərdə Xaçmaz, Biləsuvar, Lənkəran və digər bölgələrdə konserv zavodları, İmişli Şəkər Zavodu və Kürdəmir Süd Zavodu kimi iri istehsal müəssisələrini istifadəyə vermişdir. Eyni zamanda, kənd təsərrüfatı, qablaşdırma, kağız istehsalı və ticarət sahələrində də mühüm layihələr həyata keçirən Holdinq 2010-cu ildə Masazır Duz Zavodu, 2010-cu ildə “Park Bulvar” TicarətMərkəzi, 2011-ci ildə “Bazarstore” super marketlər şəbəkəsi, 2014-cü ildə isə “Azərsun Sənaye Parkı”nıistifadəyə vermişdir.“Azərsun” öz məhsullarını “tarladan süfrəyə” prinsipi ilə istehsal edir, istehsal zəncirində ətraf mühitin mühafizəsinə xüsusi önəm verir.