Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Selçuk Demir

Selçuk Demir

Selçuk Demir

İdarə Heyəti sədrinin müavini

Dr. Selçuk Demir, hazırda dünyanın 20 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri vəzifəsində çalışır. Dr. Demir, Anadolu Universitetində bakalavr, İstanbul Ticarət Universitetində maqistr təhsilini tamamlamış, daha sonra İstanbul Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini qazanmışdır.

Dr. Selçuk Demir, Ziraat Maliyyə Qrupuna 2001-ci ildə filial müdiri kimi qoşulmuşdur. O vaxtdan bəri qrup daxilində bir sıra mühüm rəhbər vəzifələrdə çalışmışdır. Karyerası ərzində o, müxtəlif strateji əhəmiyyətə malik filialların müdiri, Pərakəndə Marketinq Departamentinin sədri, koordinator və bölgə müdiri kimi məsuliyyətli vəzifələrdə fəaliyyət göstərmişdir. Onun peşəkar rəhbərliyi və strateji baxışları sayəsində bir sıra mühüm layihələr uğurla həyata keçirilmiş, təşkilati inkişaf və müştəri yönümlü xidmətlərdə əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur.

2021-ci ildən etibarən Ziraat Bank Azərbaycan-da İdarə Heyətinin Sədri vəzifəsini icra edən Dr. Demir, bu müddət ərzində bankın dövlət və özəl sektorla əməkdaşlığının inkişafına, eləcə də bir çox layihələrin maliyyə dəstəyi ilə həyata keçirilməsinə töhfə vermişdir. 

Hal-hazırda Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər İctimai Birliyinin (TUİB), Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.

Onun rəhbərliyi altında Ziraat Bank Azərbaycan, iki qardaş ölkə Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə, ticarət və investisiya əlaqələrinin genişlənməsinə mühüm töhfələr vermiş və bu istiqamətdə faəliyyətini davam etməkdədir.

Şirkət Haqqında

“Ziraat Bank Azərbaycan” ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30.12.2014-cü il tarixində verilmiş №255 saylı lisenziya əsasında fəaliyyət göstərir.

Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıtda yerləşən 11 filialı və Quba şöbəsi ilə ümumi olaraq 12 xidmət nöqtəsi, rəqəmsal platformaları vasitəsilə müştərilərinə təqdim edir. 

Bankın əsas səhmdarı “T.C. Ziraat Bankası” Türkiyə Respublikasının dövlət bankıdır. 1863-cü ildə Ankarada təsis edilmiş bu bank, hazırda xaricdə 20 ölkədə 115-dən çox xidmət nöqtəsi ilə beynəlxalq miqyasda fəaliyyət göstərir.