Selim Akbay
Selim Akbay
İdarə Heyətinin üzvü1974-cü ildə Manisa Demirci şəhərində anadan olub. 1996-cı ildə Orta Doğu Texniki Universitetinin İnşaat mühəndisliyi fakültəsini bitirib. Ukrayna, Rusiya, Gürcüstan və Azərbaycanda inşaat sektorunda çalışıb.1998-ci ildə ilk dəfə Bakı Beynəlxalq Hava Limanı layihəsi üçün Bakıya gəlib. Qarabağdakı 3 hava limanı layihəsində İcraçı Koordinator (Yönetici Koordinator) vəzifəsində çalışıb.Artıq 26 ildir ki, Azərbaycanda yaşayır. Evlidir, iki övladı var.
- Şirkət Adı Azvirt MMC
- Vəzifə Layihə koordinatoru
Şirkət Haqqında
“AzVirt” MMC 1995-ci ildə Almaniyanın “WIRTGEN” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi fəaliyyətə başlamışdır. 1993–1995-ci illərdə Bakı Aeroportunda 2 saylı uçuş-enmə zolağının tikintisi layihəsindən ilhamlanaraq təsis edilən şirkət daha sonra “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyət kimi fəaliyyətini davam etdirmişdir. Əvvəlcə Bakı şəhərində yol tikintisi ilə məşğul olan “AzVirt” zamanla böyüyərək həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə avtomobil yolları və hava limanı infrastrukturu üzrə tam xidmət göstərən aparıcı tikinti şirkətinə çevrilmişdir.