Yılmaz Nalkıran
Yılmaz Nalkıran
İdarə Heyətinin üzvüYılmaz Nalkıran memarlıq, interyer dizaynı, inşaat və istehsalat sahələrində 30 ildən artıq təcrübəyə malik sahibkar və iş adamıdır. O, 1993-cü ildə təsis etdiyi ACN Design & Architecture şirkəti ilə peşəkar karyerasına başlamış, açar təslim mənzil və kommersiya layihələrində təqdim etdiyi orijinal və funksional həllərlə sektorda etibarlı mövqe qazanmışdır. Dizayna yönəlik yanaşması və keyfiyyətə verdiyi önəm sayəsində bir çox uğurlu layihəyə imza atmışdır.2018-ci ildə təsis etdiyi Tar Sa Yapı şirkəti ilə fəaliyyət sahəsini genişləndirmiş, inşaat sektorunda açar təslim layihələrə fokuslanmışdır. Şirkət dizayndan icraya qədər bütün prosesi öz daxilində həyata keçirən inteqrə edilmiş xidmət modeli ilə işləyir və keyfiyyət ilə davamlılığı əsas prinsip kimi qəbul edir.
- Şirkət Adı Tar Sa Yapı
- Vəzifə təsisçi-direktor
Şirkət Haqqında
2021-ci ildə TarSa Group markası ilə Azərbaycanda fəaliyyətə başlamış; Bakıda qurduğu26.000 m² ərazidə yerləşən 10.400 m² istehsalat sahəsinə malik zavodlarda elektrik panoları, kabel kanalları, havalandırma kanalları, günəş enerjisi ilə işləyən işıqlandırma dirəkləri, havalandırma və iqlimləmə avadanlıqları istehsalına yönəlmişdir. Bu sərmayələr Azərbaycanın infrastruktur inkişafına töhfə verir, eyni zamanda yerli məşğulluğun artırılmasına xidmət edir. Türkiyə və Azərbaycan arasındakı iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə önəm verən Nalkıran, iki ölkə arasında iqtisadi əməkdaşlıqların artırılmasını hədəfləyir və yerli istehsalı təşviq edən təşəbbüslərə öncülük edir. TAR SA Group, Türkiyə və Azərbaycanda fəaliyyət göstərən, inşaat və elektrik sahələrində ixtisaslaşmış sənaye müəssisəsidir. Elektrik panoları, kabel daşıyıcı sistemlər, havalandırma kanalları və ağıllı işıqlandırma dirəklərinin istehsalı sahələrinə yatırımlar edən qrup, həm yerli, həm də beynəlxalq bazarda keyfiyyətli istehsalı ilə seçilir.