Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin kənd təsərrüfatı məsələləri üzrə müşaviri cənab Hakan Kalender TÜİB-i ziyarət edib
Görüş zamanı cənab Kalender Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatmaq üzrə olduğunu bildirib və iki ölkə arasında aqrar sahə, qida təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması və dayanıqlı inkişaf istiqamətlərində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, fəaliyyət dövrü ərzində bu sahələrdə əlaqələrin dərinləşməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi üçün gördüyü işləri bölüşüb.
Daha Ətraflı