Page 18 - sehifeler_Layout 1
P. 18

16      ИШDЦNYAМЫЗ    —   {İYUN-AVQUST 2022}

          STANDARTLAR











                                           “TÜRK STANDARTLARININ



                                           TƏTBİQİ İKİ ÖLKƏ


                                           ARASINDA TİCARƏTİ



                                           VƏ ƏMƏKDAŞLIĞI


                                           ASANLAŞDIRIR”






          Dünya iqtisadiyyatı müxtəlif və çoxsahəli olsa da, bütün dünyada biznes və ticarətin

          ortaq dili var – bu standartlardır. Standartlar sivil, inkişaf edən və dünyaya məhsul ixrac
          edən bizneslərin əsas göstəricisidir.
          Azərbaycan bu sahədə qardaş Türkiyənin qiymətli təcrübəsindən faydalanır.
          Ölkəmizdə 25 ildən artıq fəaliyyət göstərən Türk Standartları İnstitutu (TSE) yerli
          biznesə dəstəkdir. TSE-nin fəaliyyəti, görülmüş işlər, qarşıdakı dövr üçün planlarla bağlı
          TÜİB-in «İş Dünyamız» jurnalının suallarını Türk Standartları İnstitutunun (TSE) sədri
          Mahmut Sami ŞAHİN cavablandırır.




          MAHMUT SAMİ ŞAHİN

          TÜRK STANDARTLARI İNSTİTUTUNUN (TSE) SƏDRİ




          1971-ci ildə Karamanda anadan olub,
          1993-cü ildə Səlcuq Universitetinin Mühəndislik və Memarlıq Fakültəsinin Maşınqayırma fakültəsini bitirib və həmin Uni-
          versitetdə magistratura pilləsini bitirib.

          1995-1998-ci illərdə Konyada maşın istehsalı və hidravlik avtomatlaşdırma sektorlarında idarəçi mühəndis olaraq çalışıb.
          1998-ci ildə özünün hidravlika və avtomatlaşdırma şirkətini qurub,
          2010-cu ildən müdafiə sənayesi ilə bağlı layihələrdə mühəndislik xidmətləri göstərib.

          2015-ci ildə qurulan Konya Texnologiya İnkişafı Bölgəsi, Innopark Executive A.Ş.-nin qurucu ortağı və idarə heyətinin
          üzvü oldu.

          2019-cu ildə öz şirkətində TS EN ISO 9001, TS EN ISO 14001, TS ISO 45001, TS EN ISO/IEC 27001 idarəetmə sistemləri
          sertifikatlaşdırma işini tamamlayaraq müdafiə sənayesi şirkətlərinin təsdiq edilmiş təchizatçısı olub.

          30 yanvar 2021-ci il tarixində Prezidentin fərmanı ilə Konya Düzənliyi Layihəsi Regional İnkişaf İdarəsinin rəisi vəzifəsinə
          təyin edilib.

          30 may 2022-ci ildə keçirilən 61-ci Ümumi Yığıncaqda TSE-nin İdarə Heyətinin sədri seçilib.
   13   14   15   16   17   18   19   20   21   22   23