Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Prof.Dr. Birol Akgünün iştirakı ilə TÜİB-in “Ənənəvi İftar Proqramı” keçirilib.
Tuib xəbərləri
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Prof.Dr. Birol Akgünün iştirakı ilə TÜİB-in “Ənənəvi İftar Proqramı” keçirilib.

TÜİB-in “Ənənəvi İftar Proqramı” keçirilib. 28 mart 2025-ci il tarixində Hilton Baku otelində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə “Ənənəvi İftar Proqramı” keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Prof.Dr. Birol Akgün, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər, millət vəkilləri, iş adamları, şəhid ailələri və media nümayəndələri iştirak ediblər. Tədbir Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Din müşaviri İhsan Açıkın oxuduğu azanla iftar süfrəsi açılıb. Tədbir çərçivəsində TÜİB-in fəaliyyət hesabatını əks etdirən videoçarx nümayiş olunub. Ardınca TÜİB-in sədri Hüseyin Büyükfırat qonaqları salamlayaraq Ramazan ayının birlik, bərabərlik və paylaşma dəyərlərini özündə ehtiva etdiyini vurğulayıb. O, bu mübarək ayın insanları bir araya gətirdiyini, həmrəylik və qardaşlıq bağlarını daha da möhkəmləndirdiyini qeyd edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr.Birol Akgün çıxış edərək belə bir gözəl təşəbbüsə imza atan TÜİB rəhbərliyinə təşəkkürünü ifadə edib. O, Ramazan ayının mənəvi dəyərlərindən, insanların bir araya gəlməsinin əhəmiyyətindən bəhs edərək, bu cür tədbirlərin iki qardaş ölkə arasındakı əlaqələrin daha da güclənməsinə töhfə verdiyini vurğulayıb. TÜİB ilə əməkdaşlıq çərçivəsində müxtəlif sosial layihələrin həyata keçirildiyini vurğulayan YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, bu cür layihələrin davamlı olmasının vacibliyini diqqətə çatdırıb və TÜİB-lə uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyini bildirib. İftar proqramı xoş və səmimi bir atmosferdə baş tutub, iştirakçılar arasında dostluq və qardaşlıq münasibətləri daha da möhkəmlənib.
Digər xəbərlər
.jpeg)
Bandırma Ticarət Palatasının nümayəndə heyəti Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib.

Türkiyə millət vəkilləri Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) ilə bir araya gəldi.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Türkiyənin yeni səfiri ilə görüşüb.