TÜİB-dən Ahıska Türkləri ilə Qardaşlıq və Həmrəylik Proqramı

Eyni zamanda Axundov kəndində yerləşən, 1944-cü il sürgününü yaşamış və ömrünün son illərini Saatlıda keçirən İbrahimoğlu Vehbi Soyakın məzarı ziyarət olunub, onun həyatı haqqında iştirakçılara ətraflı məlumat verilib. Həmçinin, ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə kənd sakinləri üçün Batıgöz Tibb Mərkəzinin səyyar müayinəsi təşkil edilib. Bu humanitar təşəbbüs bölgə əhalisi tərəfindən böyük məmnuniyyətlə qarşılanıb. Bundan əlavə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ebru sənəti üzrə ustadları Duygu Orak və Rümeysa Demir tədbir zamanı uşaqlara ebru sənəti ilə tanış olma və bu sənəti yerindəcə təcrübə etmək imkanı yaratdılar. Uşaqlar bu rəngli və mənalı sənət növü ilə tanış olaraq yaradıcı fəaliyyətə böyük maraq göstərdilər. TÜİB olaraq inanırıq ki, Ahıska Türklərinin taleyi yalnız tariximizin bir səhifəsi deyil, həm də ortaq gələcəyimiz üçün əhəmiyyətli bir dəyərdir. Bu kimi təşəbbüslər vasitəsilə birliyimizi və qardaşlığımızı daha da gücləndirməyə davam edəcəyik.

Tarix
12 May 2025
Baxış: 64
Digər xəbərlər