TÜİB “Atatürkü Anma, Gənclik və İdman Bayramı”nı Beşbarmaqda qeyd etdi.

TÜİB “Atatürkü Anma, Gənclik və İdman Bayramı”nı Beşbarmaqda qeyd etdi. 18 may 2025 – Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Beşbarmaq Dağında (Siyəzən rayonu, Qalaşıxı kəndi) təbiət qoynunda silsilə tədbir təşkil edib. Tədbirdə TÜİB üzvləri, Azərbaycan və Türkiyənin iş adamları, eləcə də şəhid ailələri iştirak ediblər. Gənclər və ailələr üçün təşkil olunan bu mənalı tədbir Ulu Öndər Mustafa Kemal Atatürkün “İstikbal göklerdedir” sözlərindən ilhamlanaraq həyata keçirilib. Gün ərzində ailələrin asudə vaxtını səmərəli keçirmələri üçün ebru sənəti üzrə ustad dərsləri təşkil olunub. Uşaqlar üçün isə xüsusi əyləncə proqramları hazırlanıb: çərpələng uçurtmaları, intellektual və interaktiv oyunlar, sehirbaz çıxışları kimi fəaliyyətlər uşaqların böyük marağına səbəb olub. Tədbir boyu iştirakçılar həm mədəni həm də mənəvi zənginlik baxımından dolu bir gün keçiriblər. TÜİB tərəfindən təşkil olunan bu tədbir bir daha sübut etdi ki, gəncliyin və ailələrin mənəvi birliyi, sağlamlığı və vətənpərvər ruhda yetişməsi üçün belə təşəbbüslər böyük əhəmiyyət daşıyır. Tədbirin təşkil edilməsində dəstək göstərən Azersun Holding və Coca‑Cola Azərbaycan şirkətlərinə təşəkkür edirik.

Tarix
23 May 2025
Baxış: 36
Digər xəbərlər