TÜİB Caspian Agro 2025 sərgisində iştirak edir.
Tuib xəbərləri
TÜİB Caspian Agro 2025 sərgisində iştirak edir.
.jpeg)
Bu il 13-16 may tarixlərində keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – Caspian Agro 2025 çərçivəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) olaraq stendimizlə iştirak edirik. Sərgidə iştirakımızın əsas məqsədi birliyimizin fəaliyyətini daha geniş auditoriyaya tanıtmaq, yeni əlaqələr qurmaq və potensial üzvlərlə birbaşa ünsiyyət yaratmaqdır. Sərgi çərçivəsində TÜİB-in üzvü olan bir neçə şirkətin stendləri də ziyarət olunmuş, onların fəaliyyəti, məhsul və xidmətləri ilə yaxından tanışlıq aparılmışdır. Üzvlərimizin bu cür nüfuzlu beynəlxalq tədbirlərdə fəal iştirakı həm onların biznes imkanlarının genişlənməsinə, həm də Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının möhkəmlənməsinə töhfə verir.
Digər xəbərlər

TÜİB-də Türkiyənin sənaye nümayəndələri ilə görüş keçirilib

15 iyul 2016-cı il tarixində baş verən hadisələrin 9-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyində anım tədbiri keçirildi.

“Qardaş Ailə” layihəsi çərçivəsində şəhid Murat Üçözün ailəsi Azərbaycanda səfərdə