TÜİB-in 6-cı Dönəm Seçkili Ümumi Yığıncağı keçirilib.
Tuib xəbərləri
TÜİB-in 6-cı Dönəm Seçkili Ümumi Yığıncağı keçirilib.

30 may 2025-ci il tarixində “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) 6-cı Dönəm Seçkili Ümumi Yığıncağı keçirildi. Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlandı. Ardınca ümummilli lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kemal Atatürk və hər iki qardaş ölkənin bütün şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yığıncaqda TÜİB-in həyata keçirdiyi layihələr və fəaliyyət istiqaməti barədə təqdimat nümayiş olunub. Açılış nitqi ilə çıxış edən TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, iki qardaş ölkə arasındakı iqtisadi əməkdaşlığın gücləndirilməsində birliyin rolunu vurğuladı və yeni dönəmdə daha böyük məqsədlərlə yola davam ediləcəyini bildirib. Həmçinin TÜİB-in yalnız iqtisadi və ticarət sahəsində deyil, sosial-mədəni sahədə həyata keçirdiyi layihələrlə də iki ölkə arasındakı qardaşlıq münasibətlərinin inkişafında öncül rol oynamaq missiyasını davam etdiyini vurğulayıb. Tədbirdə TÜİB üzvləri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri və media təmsilçiləri də iştirak ediblər. Çıxış edənlər arasında Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgün, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türkiyə Respublikası Ticarət nazirinin müavini Mahmut Gürcan, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev yer alıblar. Onlar iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında bu kimi birliklərin əhəmiyyətini vurğulayıblar. Rəsmi çıxışlardan sonra 6-cı Dönəm Seçkili Ümumi Yığıncağa start verilib və TÜİB-in yeni İdarə Heyətinin seçilməsi prosesi həyata keçirilib.