19 avqust 2022-ci il tarixində Hyatt Regency Hotelin Şuşa zalında növbəti ənənəvi “ TÜİB İşgüzar Səhər Yeməyi” təşkil olunub.
Ana Səhifə

Dərc Edildi
19 avqust 2022
19 avqust 2022-ci il tarixində Hyatt Regency Hotelin Şuşa zalında növbəti ənənəvi “ TÜİB İşgüzar Səhər Yeməyi” təşkil olunub.Tədbirdə fəxri qonaq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Elnur Bağırov iştirak edib. Elnur Bağırov təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması məqsədilə antiinhisar nəzarəti, rəqabət, dövlət satınalmaları, keyfiyyət təminatı sahələrində aparılan institusional islahatları diqqətə çatdırıb. Bundan əlavə dövlət satınalmaları, metrologiya, standartlaşdırma və akkreditasiya, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət barədə bilgilər verib.
Tədbirdə iştirak edən Türk Standartları Enstitüsü (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu standartlaşdırma mövzusunda gələn qonaqlara məlumat verib.
Tədbirin sonunda ölkəmizdə vəzifə müddəti başa çatan TÜİB-in üzvü Türk Hava Yolları (THY) Azərbaycan təmsilçisi Seyfullah İlyasa göstərdiyi dəstək və fəaliyyətlərinə görə “Təşəkkür” plaketi təqdim olunub.