Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Ahmet Sedat Aybar: Türk Şurasının Bakı Zirvə Görüşü iqtisadi baxımdan da böyük əhəmiyyət kəsb edir

Ahmet Sedat Aybar: Türk Şurasının Bakı Zirvə Görüşü iqtisadi baxımdan da böyük əhəmiyyət kəsb edir

Ahmet Sedat Aybar: Türk Şurasının Bakı Zirvə Görüşü iqtisadi baxımdan da böyük əhəmiyyət kəsb edir

Dərc Edildi
17 oktyabr 2019

 Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşü siyasi cəhətdən olduğu kimi, iqtisadi baxımdan da böyük əhəmiyyət kəsb edir.

Bu sözləri Azərtaca müsahibəsində İstanbulun Aydın Universitetinin professoru, bu ali təhsil ocağının İqtisadiyyat və maliyyə bölməsinin müdiri Ahmet Sedat Aybar deyib.

Tədbirdə iştirak edən ölkələrin eyni coğrafi mövqedə və xüsusilə qədim İpək Yolunun üzərində yerləşmələrinin görüşün iqtisadi əhəmiyyətini ön plana çıxardığını vurğulayan professor bildirib: “Çin Xalq Respublikası tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi dünyada ən böyük investisiya qoyulan layihələrdən biridir. Azərbaycan da bu layihənin əhatə etdiyi coğrafi ərazidə əhəmiyyətli mövqedə yerləşir.

Bundan başqa, görüşdə iştirak edən ölkələrin hər biri təbii qaz, enerji kimi müxtəlif təbii resurslara sahibdirlər ki, bu da sənayenin inkişafı baxımından çox vacibdir.

O qeyd edib ki, təşkilata üzv ölkələr arasında mövcud iqtisadi əməkdaşlığın, o cümlədən azad ticarətin inkişafı və birgə sərmayə qoyuluşu onların öz resursları üzərində nəzarətini daha da gücləndirir. Bu baxımdan, Zivə Görüşü iştirakçı ölkələr üçün istər ayrı-ayrılıqda, istərsə də birlikdə böyük iqtisadi əhəmiyyət kəsb edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dünya Türk Biznes Şurasının toplantısında söylədiyi “Biz altı dövlət, bir millətik” sözlərini xatırladan ekspert bunu üzv ölkələrin birgə hərəkət edəcəklərinin, o cümlədən iqtisadi mənbələri öz rifahlarının yaxşılaşdırılması üçün birlikdə istifadə edəcəklərinin mesajı kimi qiymətləndirib.