Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

ASB “Maliyyə savadlılığı” layihələrini dəstəkləməyə davam edir

ASB “Maliyyə savadlılığı” layihələrini dəstəkləməyə davam edir

ASB “Maliyyə savadlılığı” layihələrini dəstəkləməyə davam edir

Dərc Edildi
9 iyun 2017

Əhalinin maarifləndirilməsi üzrə layihələri daima öz korporativ sosial məsuliyyəti olaraq görən Azərbaycan Sənaye Bankı növbəti dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının “Maliyyə savadlılığı” layihəsinə dəstək olmuşdur. Belə ki, 08.06.2017 tarixində “Məsuliyyətli borclanma” mövzusunda 11 ali təhsil ocağını təmsil edən 22 tələbəyə bankın baş ofisində təlim keçirilmişdir.

Bankın Kredit Departamentinin müdiri Anar Məmmədov “Məsuliyyətli borclanma” ilə yanaşı korporativ bankçılıq, fərdi bankçılıq, eləcə də onlayn bankçılıq haqqında ətraflı məlumat verdi. Onların maliyyə-bank sektoru ilə bağlı müxtəlif suallarını cavablandırdı. Tələbələrin aktiv iştirak etdiyi təlim interaktiv formatda keçirilmişdir.

Sonda Bankın əməkdaşları təlimdə iştirak edən tələbələrə təhsillərində uğurlar arzu edərək, peşəkar karyera gedən yolda əldə etdikləri biliklərin onlar üçün faydalı olmasını dilədilər.