“AXA Mbask” kapitalını artırır
“AXA Mbask” kapitalını artırır
Dərc Edildi
23 yanvar 2018
“AXA Group” “AXA Mbask” sığorta şirkətinin nizamnamə kapitalını artıracaq. Fins.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkətinin nizamnamə kapitalı fevral ayında 4,6 milyon manat artırılacaq. Bununla da kapitalın həcmi 24,3 milyon manata çatacaq.
Qeyd edək ki, “AXA MBASK” sığorta şirkətinin nizamnamə kapitalı hazırda 19,7 milyon manat təşkil edir.