Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru TÜİB-də

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru TÜİB-də

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru TÜİB-də

Dərc Edildi
20 aprel 2022

 20.04.2022-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev TÜİB ofisini ziyarət edib. Görüşdə TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və İH-nin üzvü Ramiz Əliyev iştirak edib.

Ziyarət zamanı Elmar Mirsalayev TÜİB rəhbərliyinə  Sığortaçılar Assosiasiyası ictimi birliyinin fəaliyyəti, missiyası və gələcək planları barədə məlumat verib. Görüşdə sığorta sahəsində olan boşluqlar barədə müzakirələr aparılıb. Bundan əlavə Türk Sığortaçılar birliyi ilə imzalanacaq memorandum çərçivəsində Türk Dünyası Sığortaçılar Birliyinin yaradılacağını söyləyərək, may ayında Zirvə toplantısının baş tutacağını bildirib.

TÜİB sədri Hüseyin Büyükfırat qonağı TÜİB-də görməkdən məmnun olduğunu bildirərək, türk iş adamlarının iki qardaş ölkənin iqtisadi inkişafındakı rolu və TÜİB-in sosial layihələri barədə məlumat verib.

Hər iki tərəf TÜİB və ASA əməkdaşlığının  gələcək fəaliyyətləri üçün daha uğurlu  və faydalı olacağını bildirib.

 

Elmar Mirsalayev səmimi qarşılanma və maraqlı müzakirələrə görə öz təşəkkurünü bildirərək TÜİB-in gələcək fəaliyyətlərində uğurlar diləyib. 

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru TÜİB-də