"Azərbaycan-Türkiyə İqtisadi əlaqələrinin inkişafı" mövzusunda işgüzar görüş
"Azərbaycan-Türkiyə İqtisadi əlaqələrinin inkişafı" mövzusunda işgüzar görüş
Dərc Edildi
1 oktyabr 2021
01.10.2021- Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə İqtisadi əlaqələrinin inkişafı" mövzusunda Türkiyə Səfirliyinin Ticarət Başmüşavirləri Ahmet Erdal və Yakup Sefer ilə iş adamlarının görüşü keçirildi.
Görüşdə Azərbaycandakı türk iş adamlarının fəaliyyətinin genişləndirilməsi, onların fəaliyyəti ilə bağlı aktual məsələlər, hər iki ölkənin sahibkarları arasında əlaqələrin daha da inkişaf etdirilməsi və investisiya qoyuluşlarının həcmini artırılması istiqamətində görüləcək işlər müzakirə olundu.