Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Azərbaycanda fəaliyət göstərən Türkiyə və Azərbaycan iş adamlarının yeni təşkilatı təsis edilib

Azərbaycanda fəaliyət göstərən Türkiyə və Azərbaycan iş adamlarının yeni təşkilatı təsis edilib

Azərbaycanda fəaliyət göstərən Türkiyə və Azərbaycan iş adamlarının yeni təşkilatı təsis edilib

Dərc Edildi
14 mart 2017

Azərbaycanda fəaliyət göstərən Türkiyə və Azərbaycan iş adamlarının yeni təşkilatı təsis edilib.

"Report.az"ın məlumatına əsasən, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)” adı altında bir araya toplanan iş adamları öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir.  Təşkilata Azərbaycanda fəaliyyət göstərən çox saylı böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.

“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), qlobal iqtisadi əlaqələrin yenidən tənzimləndiyi bir mühitdə, çox önəmli bir missiyanı öz üzərinə götürüb.

TUİB İdarə Heyətinin sədri olaraq Ali İhsan Genç seçilib. İdarə Heyəti Sədrinin 1-ci müavini Hüseyn Büyükfırat, İdarə Heyəti sədrinin köməkçisi isə Birol Oğuz olacaq. TÜİB rəhbərliyi öz fəaliyyəti çərçivəsində, rəqabət gücünü artıracaq, struktur islahatlarla dəstəklənən davamlı böyümə və ictimai problemlərin daimi həllinin tapılmasını hədəfləyən işlərə üstünlük verir.

Qurum müəyyən məqsədlərə nail olmaq üçün Azərbaycanın və Türkiyənin dövlət orqanları, eləcə də biznes təşkilatları ilə geniş əlaqələr yaratmağa başlayıb. Yarandığı ilk gündən biznes tədbirlərdə aktiv surətdə iştirak edən A. Genç bildirib ki, yeni təşkilatın yaradılması Azərbaycanda biznes qurumlarının fəaliyyətinin koordinasiya edilməsi, biznes imkanlarının daha yaxşı təbliği və onlardan səmərəli istifadə olunmasına imkan verəcək. "Təşkilatımızın əsas məqsədlərindən biri onun üzvü olub-olmamasından asılı olmayaraq Azərbaycanda çalışan Türkiyəli iş adamlarının yolunu işıqlandıracaq addımları atmaq və onları məlumatlandırmaqdır .Güclüyük, daha da güclü olacağıq. Öz gücümüzlə ölkələrimizə güc qatacağımıza, Azərbaycan güclü olarsa, Türkiyə, Türkiyə güclü olarsa, Azərbaycanın güclü olacağına inanırıq".

 

 

http://www.trt.net.tr/azerbaycan/turk-dunyasi/2017/03/14/az-rbaycanda-f-aliy-t-gost-r-n-turkiy-v-az-rbaycan-is-adamlarinin-yeni-t-skilati-t-sis-edilib-691306